ONN media xəbər verir ki, 7 noyabr 2018-ci il tarixində Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan "Doha Festival City Mall”da "Product of Azerbaijan” brendi altında "Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə "Shikasta”, "Natavan”, "Bayati Shiraz”, "Rast”, "Buta”, "Khankendi”, "Shusha”, "Sarvan”, Panahalikhan”, "Jidir Duzu”, "Khari Bul Bul” və "Chelebi” olmaqla, ümumilikdə 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.
Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov, Qətərdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri,Qətərin məşhur bloqqerləri və media mənsubları fəal iştirak edib. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında ”Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.
Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək.



Azərbaycan məhsulları "Amazon" və "eBay"da satılacaq
"Qarabağ" və "Frayburq" oyununa baxmaq istəyənlərin NƏZƏRİNƏ
KOBİA nümayəndələrinin Qətərə səfəri başa çatdı
Türkiyədə Azərbaycan prospekti açıldı
"Qarabağ"ın oyununa getmək istəyənlərin NƏZƏRİNƏ
AQTA sahibkarlara müraciət etdi
Azərbaycanın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır
Səfirimiz nüfuzlu “Əl-Ərəb” qəzetinə müsahibə verdi
Devid Bekhem dünya çempionatının reklam siması olacaq
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri - SİYAHI
Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı 