İyunun 5-6-da Bakıda Ramazan bayramı münasibəti ilə “Kənd Şəhərə” yarmarkası təşkil ediləcək. ONN media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin rəhbəri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, belə yarmarkaların təşkil edilməsinə əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsalı olan ərzaq məhsullarının satışına dəstək durmaqdır. O bildirib ki, bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir: “Ramazan bayramı günlərində paytaxtın 2 ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək. Bunun biri Bakının Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, Space TV-nin yanı, digəri isə Nizami rayonu, Qara Qarayev pr. 36A, "Orbita" ticarət mərkəzinin yanında yerləşir. İyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər”. Dövlət Şirkətinin rəhbəri qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək: “Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər. Yarmarka səhər saat 8:00-dan axşam 20:00-a qədər davam edəcək”.
Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək



Bakıda yarmarkalar keçirilir –Ramazan bayramı münasibəti ilə
“Kənddən Şəhərə” adlı yarmarka təşkil ediləcək
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?
AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq
“Kənddən Şəhərə” Qış yarmarkaları keçirilir
“Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək
Nazirlik rəsmisi: Yarmarkalarda iştirak pulsuzdur
Novruz yarmarkası fəaliyyətə başladı
Bakı və Abşeronda Novruz yarmarkaları açıldı - BU ÜNVANLARDA
Paytaxtda “Kənddən şəhərə” yarmarkası təşkil ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 