Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin ərəb dilli nüfuzlu “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc edilib. Müsahibədə Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti, turizmin inkişafı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım haqqında geniş məlumat verilib.
Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, lakin iqtisadi əlaqələrin arzu olunan səviyyəyə çatdmadığını bildirən səfir, hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet olduğunu diqqətə çatdırıb.
Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.
Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolları tərəfindən ölkəmizə həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizin turizm potensialının Qətərdən ölkəmizə gələn turistlərin sayının artmasında mühüm rol oynadığı qeyd edilib.
Səfir müsahibədə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarların qəbuluna Qətərin verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir bu il xalqımızın azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyini qeyd etdiyinə diqqəti yönəldərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymətin verilməməsinin təəssüf doğurduğunu bildirib. Hələ də ərazilərimizin 20 faizinin işğal altında qaldığı və bir milyon vətəndaşımızın qaçqın vəziyyətində yaşadığı diqqətə çatdırılıb.



XİN başçısı yeni səfirlə görüşdü
Prezident Qətərin Xarici İşlər nazirini qəbul etdi
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü
Qətərdən Azərbaycanla bağlı açıqlama
“Monako” jurnalı Azərbaycandan yazdı
KOBİA nümayəndələrinin Qətərə səfəri başa çatdı
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan-Pakistan biznes forumu keçirildi
Azərbaycan və Qətər arasında protokol imzalandı
Prezident daha bir səfiri qəbul etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 