"Şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı ildən-ilə artır. 2017-ci ilin dekabrında Azərbaycanda 243 min xəstə qeydiyyatda olub. 2018-ci ilin 8 ayı üzrə isə bu rəqəm 263057 nəfərə çatıb"
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.
Onun sözlərinə görə, uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir: "Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur. Uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb. Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda onu koma vəziyyətində xəstəxanaya çatdırırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya (hərəkətin azlığı) şəkərli diabetin yaranmasına səbəb olur".
B.Salek bildirib ki, keçən ilin statistikasına görə, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 min 057 şəkərli diabet xəstəsi qeydiyyatda olub.
Mərkəzin direktor müavini qeyd edib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər xəstəlikləri ağırlaşdırır: "Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s. xəstəlikləri yaradaraq insan ölümünə səbəb ola bilir".



Azərbaycanda nə qədər diabet xəstəsi var?
Ölkədə şəkərli diabet xəstələrinin STATİSTİKASI
Azərbaycanda onkoloji xəstələrin sayı ilə bağlı ŞOK STATİSTİKA
Şəkərli diabetə səbəb şəkər yox, ətdir - Araşdırma
Son günlər uşaqlar arasında yayılan xəstəlik nədir? - AÇIQLAMA
Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb
Hamilə qadınlara bunu etmək olmaz!
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Azərbaycanda 5 yaşadək problem yaşanır
Azərbaycanda koronavirus uşaqlar arasında geniş yayılıb? - RƏSMİ
Azərbaycanda 538 körpə fiziki qüsurlu doğulub- SƏLİM MÜSLÜMOV
Gürcüstanda koronavirus TƏHLÜKƏSİ: Uşaqlar arasında yoluxma artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 