Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır.
ONN media "Report"a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verib.
"Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir", - o deyib.
Nazir məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə də toxunub, ilk dəfə olaraq ali və bütün apellyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyi bildirib, səlahiyyət müddəti bitmiş 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi qeyd olunub, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyini vurğulayıb. Eyni zamanda şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağı və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyini deyib.



Ölkədə 3 minə yaxın məhkum elektron qolbaq daşıyır
Azərbaycanda nə qədər elektron qolbaq daşıyan məhkum var?
Ölkədə nə qədər məhkum elektron qolbaq daşıyır?
Nə qədər məhkuma elektron qolbaq tətbiq edilib?
Hakimlər Probasiya xidmətinin fəaliyyəti ilə tanış olublar
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı
6 ayda doğuş və nikahların sayı açıqlandı
Azərbaycanda yüzdən çox hakim işdən kənarlaşdırılıb
Şəki Apellyasiya Məhkəməsinin məlumatı
İcra və Probasiya xidmətlərinin fəaliyyətinə dair müşavirə keçirilib
Əfv Sərəncamının icrası başa çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 