Azərbaycan Respublikasının Mərkəzi Bankının kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
ONN media xəbər verir ki, bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimlər təşkil olunur.
Bu prosesin davamı olaraq cari ilin 1-27 iyun tarixlərində KİV nümayəndələri üçün “Mərkəzi bankçılıq” mövzusunda təlim proqramı keçirilmişdir. Təlim proqramında ümumi iqtisadiyyat, pul siyasəti, ödəniş sistemlərinin inkişafı, tədiyə balansı, nağd pulun dövriyyəsinin təşkili və idarə olunması, maliyyə savadlılığı, mərkəzi bankların kommunikasiya siyasəti və digər mövzular əhatə olunmuşdur. Mərkəzi Bankda təlimləri daha əhatəli etmək üçün Vergilər Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən “Vergi siyasəti və vergi qanunvericiliyi ilə bağlı maarifləndirmə” və “Əmanətlərin sığortalanması sistemi” mövzularında da təlimlər keçirilmişdir. 18 media orqanından jurnalistlərin iştirak etdiyi təlim proqramının sonunda jurnalistlərin təlim müddətində qazandıqları biliklərin qiymətləndirilməsi məqsədilə test imtahanı, həmçinin növbəti təlimlərdə media nümayəndələri üçün maraqlı mövzuların müəyyən edilməsi məqsədilə müvafiq sorğu keçirilmişdir.
Təlim proqramında fəal iştirak edən və yekun test imtahanında yüksək nəticələr göstərən jurnalistlər, həmçinin yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Gəncə Regional Mərkəzinə və Yevlax Ehtiyat Mərkəzinə press-tur təşkil edilmişdir. Əsas məqsədi media nümayəndələrini regional və ehtiyat mərkəzlərinin fəaliyyəti barədə əyani məlumatlandırmaqdan ibarət olan press-tur zamanı jurnalistlərə regionda sosial-iqtisadi inkişafın dinamik xarakter alması, burada bank-maliyyə institutlarının inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, regional və ehtiyat mərkəzlərinin həyata keçirdiyi funksiyalar barədə geniş məlumat verildi.
Press-tur zamanı media mənsublarına regional və ehtiyat mərkəzlərinin işi ilə yaxından tanış olmaq imkanı yaradıldı, onların fəaliyyəti barədə ətraflı məlumat verildi. Onlar üçün keçirilən təqdimatlarda ölkə ərazisində nağd pul tədavülünün təşkilində regional mərkəzlərin rolu, regional səviyyədə müasir elektron ödəniş xidmətlərin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məsələlərindən bəhs edildi. Bildirildi ki, burada beynəlxalq standartlara cavab verən xəzinə infrastrukturu, o cümlədən müasir xəzinə saxlancı və kassa qovşaqları yaradılmış, xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Diqqətə çatdırıldı ki, regional və ehtiyat mərkəzləri milli pul nişanları, onların dəyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsində və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə yaxından iştirak edir və bu mərkəzlər həmçinin real sektorun monitorinqi, statistik məlumatların toplanması proseslərinə də cəlb edilmişdir.
Tədbir müddəti ərzində jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.



Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirildi
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bank 4 banka “əl qoydu”
Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilmişdir
Mərkəzi Bank vətəndaşlara müraciət etdi
Mərkəzi Bankdan əhaliyə müraciət
Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində “Maliyyə savadlılığı” seminarları keçirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 