29 noyabr 2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi prosesində ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Respublika Komissiyasının iclasında Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İclasda rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
Respublika Komissiyasının iclasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 10 (on) manat subsidiyanın verilməsi ilə bağlı 6 rayon kommisiyasından daxil olmuş sənədlərə baxılıb, 159 arıçıya saxladıqları 4532 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 45320 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər
daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.



Bu şəxslərə pul veriləcək – RƏSMİ
Arıçılara şad xəbər- HƏR AİLƏYƏ (PƏTƏYƏ) 10 MANAT VERİLƏCƏK
Əli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarları LƏĞV ETDİ
Respublika komissiyası yeni qərar qəbul edib
Fermerlərin DİQQƏTİNƏ- Yeni qərar var
Fermerlərə 23 milyon manat subsidiya veriləcək
Azərbaycandan daha çox bu ölkə bal alır
Azərbaycanda unun qiyməti ilə bağlı VACİB QƏRAR İMZALANDI
Bakıda bal yarmarkası açıldı
"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
Azərbaycanda arıçılıqla bağlı layihəyə 1 milyon manat ayrılacaq
Şamaxıda AMAL layihəsinin təqdimatı olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 