Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində yaşayan gəncləri Aqrar Məşğulluğun Artırılması Layihəsi ilə tanış etmək məqsədilə məlumatlandırma kampaniyasına başlayıb. Gənclərə AMAL barədə informasiya vermək, layihəyə cəlb etmək üçün İsmayıllı, Ağşu, Qobustan, Şamaxı rayonlarının gənclərini maraqlandıran suallara cavab vermək üçün Şamaxı rayonunda görüş keçirilib.
Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Namiq Məmmədov, AMAL-ın layihə koordinatoru Səbinə Mikayılova və Aqrar İnkişaf Könüllüləri ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə iştirak ediblər.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, görüşlərə AMAL internet saytı üzərindən müraciət etmiş gənclərlə yanaşı, aqrar sahə üzrə ali, peşə məktəbi və kollec təhsili almış, təsərrüfat yaratmağa marağı olan və ya artıq müəyyən kiçik təsərrüfatı olan 18-35 yaşlı gənclər dəvət ediliblər. Yerlərdə gənclərə doğru məlumatın çatdırılması, onların səfərbər edilməsi məqsədilə yerli özünü idarəetmə qurumlarının - bələdiyyələrin nümayəndələri də görüşlərə qatılıblar.
Gənclərə layihə barədə məlumat verilib, onların gözləntiləri, maraqlandıqları sahələr öyrənilib, kənd təsərrüfatı biznesinə başladıqda lazım olacaq biliklər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə başladığı yeni layihədir. Layihə ölkədə gənclərin aqrar sahəyə marağının yüksəldilməsi, yeni və innovativ ideyaların dəstəklənməsini, kənd yerlərində yaşayan gənclərin məşğulluğunun artırılmasını, kənd təsərrüfatı ilə məşğul olan gənc fermerlərin aqrar sahədə biliklərinin artırılmasını nəzərdə tutur.



Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
AMAL çərçivəsində Şəkidə tütünçü fermerlərlə görüş keçirilib
Baş nazirdən yeni qərar
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
Nazirlik 308 vakansiya elan edib - DİQQƏT
Fermerlərə ŞAD XƏBƏR
Şəki sakinlərinin DİQQƏTİNƏ
Qubada AEİMM direktorunun iştirakı ilə fermer və mütəxəssislər üçün təlim keçirilib
Nazirliyin çağrı mərkəzinə 11074 şəxs müraciət edib
İş axtaranların NƏZƏRİNƏ!
Aqrar Xidmətlər Agentliyindən bu fermerlərə MÜRACİƏT
Kənd təsərrüfatı naziri sakinlərlə görüşəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 