ONN media xəbər verir ki, noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II tədris binasının böyük akt zalında universitetin müxtəlif fakültələrindən 200-ə qədər tələbənin iştirakı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) və “Azadlıq Hərakaçıları” İctimai Birliyinin (İB) birgə keçirdiyi layihə əsasında “Şəhadət” sənədli filminin nümayişi və müzakirəsi keçirildi.
DQİDK –in sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi İslam dini adından başqa məqsədlər üçün istifadə edərək xüsusən gəncləri öz ətrafına toplayan radikal dini cərəyanların qurbanları və Vətən, torpaq uğrunda canlarından keçmiş Azərbaycan oğullarının həyatından, eləcə də, ölümə gedən yollarından bəhs edir. Sənədli filmdə müxtəlif vədlərlə aldadılaraq özlərini və ailələrini radikal dini cərəyanların qurbanına çevirmiş şəxslərin doğmaları onların bu cərəyanlara necə qoşulmasından, yaşadıqları əziyyətlərdən danışıblar. Nadir Bədəlovun ssenari müəllifi, Böyükağa Məmmədovun quruluşçu rejissorluğu ilə ərsəyə gələn filmin əsas məqsədi dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etməkdir. Maarifləndirici səciyyə daşıyan sənədli filmdə Vətən torpaqları uğrunda canından keçmiş qəhrəman oğullarımızın timsalında şəhidliyin necə uca bir zirvə olduğu, dini radikal cərəyanların təsirinə düşərək həyatlarına son qoyulan insanlarla müqayisədə ölkəmizin bütövlüyü uğrunda şəhid olmuş oğulların ailələrinin fəxr və qürur hissi ilə doğmalarını xatırladıqları nümayiş edilir. Film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Məhz, “Şəhadət” kimi yüksək peşəkarlıqla hazırlanmış filmlərin təbliği, tələbə-gənclərlə birgə müzakirələrinin keçirilməsi onlarda Vətən sevgisinin formalaşdırılmasında, cəmiyyətdə mənəvi sahədəki boşluqların doldurulmasında əhəmiyyətli rol oynaya bilər.
Tədbiri giriş sözü ilə açan “Azadlıq Hərakaçıları” İB-in sədri Təhmasib Novruzov qloballaşan dünyada ölkə gənclərinin yanlış yol tutmalarının ciddi narahatlıq doğurması, ölkəmizin gələcəyinin daha sağlam nəsillərə etbar edilməsinin vacibliyindən danışdı. Sonra “Şəhadət” filminin nümayişi oldu. Nümayişdən sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Rəşid Paşalı, ADPU Tarix və Coğrafiya Fakültəsinin Azərbaycan Tarixi kafedrasının müdiri, dosent Naibə xanım Əhmədova, tələbələrdən Fatma Mirzəyeva, Nərmin Məlikova, Emin Abbasov, fakültə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Taleh Mirzəyev və başqaları çıxış edərək filmin məziyyətləri, onun gənclərə təsiri, gələcəyimiz olan gənc nəslin filmdə qoyulan problemə ciddi yanaşmalarının vacibliyi haqqında fikirlərini səsləndirdilər



Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
İlham Əliyev sərəncam imzaladı
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
DQİDK-dən dini tədrislə bağlı açıqlama
ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər edib
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
Bakıda dini ekstremizmi təbliğ edən 180 kitab ələ keçirildi
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS koronavirusdan öldü
Şəhid polkovnik Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək
İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 