Yeni yaradılan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlər üzrə də mütəxəssislərin hazırlanması planlaşdırılır.
ONN media xəbər verir ki, bunu özəl olaraq Trend-in sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildiriblər.
Komitədən qeyd edilib ki, institutun bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlaması nəzərdə tutulub:
"Hazırda institutun nizamnaməsinin hazırlanması üzərində iş gedir. Bu işlər yekunlaşmaq üzrədir. Tələbə qəbuluna gəldikdə isə bu məsələ müzakirə mərhələsindədir. Onun həlli istiqamətində işlər aparılır".
DQİDK-dan qeyd edilib ki, İlahiyyat İnstitutunda tədris prosesinə xaricdə təhsil almış azərbaycanlılarla yanaşı, gələcəkdə xarici mütəxəssislərin də dəvət edilməsi nəzərdə tutulub. Hazırda institut üçün binanın müəyyənləşdirilməsi prosesi də davam edir. Bu məsələ ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur.
Qeyd edək ki, Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.



Bu instituta qəbul qaydaları AÇIQLANIB
Prezident açılışda iştirak edib - YENİLƏNİB
İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq — DETALLAR AÇIQLANDI
150 bala ödənişsiz ALİ TƏHSİL İMKANI
Bakı İslam Universiteti niyə bağlandı- AÇIQLAMA
DQİDK-dən dini tədrislə bağlı açıqlama
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
Bu kollecə yeni direktor təyin olundu
Bakı İlahiyyat Kolleci yaradıldı
Bu tələbələrə ŞAD XƏBƏR: pulsuz yemək və geyim veriləcək - QƏRAR
Azərbaycan məscidlərində bir ilk
Aİİ-də növbəti sınaq dərsi keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 