Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
ONN media xəbər verir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, layihə ölkə prezidentinin imzası ilə Milli Məclisə təqdim olunub: “Bu sənədlə Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir.
Ümumiyyətlə, layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyasının tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq”.
O, eyni zamanda BMT-yə Azərbaycanla bağlı çağırış edib: “Biz neçə illərdir ki, dünyada sülhyaratma prosesində iştiak edirik. Bu, bizim bir daha BMT-nin nizamnaməsinə sadiqliyimizi göstərir. Eyni zamanda istəyirik ki, BMT özünün Azərbaycana aid qəbul etdiyi qətnamələrin icrasına məsuliyyətlə yanaşsın”.



Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
Milli Məclis Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi
Deputatlar toplandı - Səkkiz bəndlik sənəd təsdiqləndi
Respublika Günü ilə bağlı layihə qəbul olundu
Milli Məclisdə 6 layihə qəbul edilmədi
"Standartlaşdırma haqqında" qanun dəyişdirilir
Hərbi xidmətə çağırış müddəti uzadıldı
Azərbaycanda meyitdən bu orqanın götürülməsi rəsmiləşir
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb
Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” QANUN DƏYİŞDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 