"Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan "Bal-E” raket kompleksini satmaqdan itmina edib. Bu raket kompleksi müasirdir, 2008-ci ildə yaradılıb, 2014-cü ildə modifikasiya olunub və xarici ölkələrə satış üçün beynəlxalq hərbi sərgilərə çıxarılıb. Görünür, elə həmin sərgilərin birində Azərbaycan Müdafiə Nazirliyinin diqqətini cəlb edib”.
ONN media BakuPost-a istinadla xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya mənbələrinin iddiasına görə, tərəflər arasında danışıqlar başlayıb və müqavilə imzalanmağa yaxın olub: "Ancaq son anda Rusiya Müdafiə Nazirliyinin təlimatı əsasında satışdan imtina edilib. Səbəb də bu göstərilib ki, "Bal-E” raket kompleksi Rusiyanın Xəzərdəki hərbi donanmasına təhlükə yarada bilər. Yəni demək istəyiblər ki, öz əlimizlə qonuşumuza silah verib niyə özümüzə təhlükə yaradaq ki? Halbuki raketi satmaq istədiyi qonşusuyla münasibətləri yaxşıdır, münasibətlərdə heç bir problem yoxdur. Bu səbəb gözə kül üfürmək üçündür. Çünki əgər raket kompleksini başqalarına satmaq fikrin yoxdursa, onu niyə sərgiyə çıxarırsan? Sərgi elə malını satmaq üçün nəzərdə tutulmuş məkandır. Demək, səbəb başqadır”.
E. Şahinoğlu deyib ki, Azərbaycana adı çəkilən raket kompleksinin satılmamasının əsl səbəbini Rusiyanın "Kommersant” qəzetinə Rusiya Müdafiə Nazirliyinin anonim mənbə çatdırıb: ""Həmin raketlərdən yalnız hərbi donanmalarda deyil, quru qoşun hissələrində də istifadə etmək mümkündür. Biz isə istəmirik ki, Azərbaycan bizim müasir raketlərimizdən Dağlıq Qarabağda Ermənistanın qüvvələrinə qarşı istifadə etsin”. Bax əsl səbəb elə budur”.



Düşmənin 4 S-300 zenit raket kompleksi məhv edilib - Prezident
Rusiya İsrailin 13 raketini vurdu
Rusiya raket atdı: 70 ölü, onlarla yaralı
Prezident düşmənin məhv edilmiş texnikasının sayını açıqladı - ŞOK RƏQƏMLƏR
Rusiya Xəzərdəki donanmasını ayağa qaldırdı- Nə baş verir?
İran Rusiyaya raket kompleksi bağışlayıb - KİV
Rusiya dünyaya meydan oxudu
Ukraynanın 68 hərbi obyektini məhv etdik - General
Rusiya S-400-ləri İrana satmaqdan imtina etdi
69-cu gün: Rusiyanın itkiləri açıqlandı
Rusiya Ukraynada məhv etdiyi texnikaların sayını açıqladı
Türkiyə Rusiyadan elə bir silah alır ki...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 