Ermənistanda "seçki oyunu" oynanıldı.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.
B.Muradova qeyd edib ki, bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu:
"Ermənistanda keçirilən seçkilərdə "Seçsəniz də, seçməsəniz də, baş nazir özüm olacağam" prinsipi ilə hərəkət edildi və nəticə ortadadır. Ermənistanda əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq olunmalı idi. Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və bu seçkinin nəticələrini təsdiq etməklə legitimlik qazanan siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyib-istəmədiklərinə özləri qərar verməlidirlər. Bu onların şəxsi həyatlarıdır, daxili işləridir, amma hər halda regionda baş verən hadisə kimi bizi də narahat edir və maraqlandırır".
Vitse-spiker əlavə edib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır: "Onlar səsvermə günü belə, ən müxtəlif təzyiq və təhdid dolu çağırışların müşayiəti ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər".
B.Muradova bildirib ki, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: "Elə seçki öncəsi də Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının hərbi xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın açıqlamaları - bütün bunlar seçkiyə hesablanmışdı".



Ermənistanda seçkilər başa çatdı
Ermənistanda BİYABIRÇILIQ- Seçici iradəsinə təzyiq
YAP-da Bahar Muradovaya YÜKSƏK VƏZİFƏ verildi
YAP-dan ŞOK QƏRAR: Bahar Muradova siyahıda yer almadı
Sarkisyan və Paşinyan arasında nə baş verir?
Azərbaycanda qəbul olunan qanunlarda hüquqların bərabərliyi əsas götürülüb- BAHAR MURADOVA
Paşinyan Köcəryanı yenidən həbs etdirə bilər – Ermənistanı nə gözləyir?
Ermənistan proporsional seçki sisteminə keçdi
Bahar Muradova MM-in buraxılmasından danışdı
Paşinyana ilk təbrik bu ölkədən gəldi
Ermənistanda kritik durum: 971 tibb işçisi...
Ermənistanda ümumrespublika tətili elan edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 