Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən otellər qiymətlərini açıqlayıblar.
ONN media xəbər verir ki, builki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və otellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox otellərin tətil paketi 2 gecə 3 gün olduğu halda, bəzilərində 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər “dodaq uçuqladır”.
Qiymətlərə diqqət edək:
Yeni İli “Cənnət Bağı Altıağac” İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.
1-ci paket:
Tarixlər: 30.12.2019-02.01.2020 (3 gecə-4gün )
Qiymət: 335 AZN (1 nəfər üçün)
2-ci paket:
Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə - 5 gün)
Qiymət: 410 AZN (1 nəfər üçün)
Qiymətə Daxildir:
• Oteldə gecələmə;
• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)
• Yeni İL Qala gecəsi
• Əyləncələr: • Şaxta Baba və Qar Qız;
Şamaxı Palace Şaradil hoteli
Burda 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.
Qiymətə daxildir:
- qidalanma 3 dəfə;
- oteldə qalma;
- şou proqram;
- Yeni il gecəsi şam yeməyi.
Quba Palace Otel
27, 28, 29, 30 dekabr, eləcə də 2, 3, 4 yanvar tarixlərində 1 gecə-2 gün oteldə qalmaq istəyənlər üçün (2 nəfər) tariflər aşağıdakı kimidir:
Deluxe dağ mənzərəli otaq - 270 AZN
Deluxe göl mənzərəli otaq - 290 AZN
Qiymətə daxildir:
Oteldə gecələmə (2 gecə-3 gün), (1 gecə-2 gün)
Qidalanma:
31 dekabr (nahar və Qala Şam yeməyi)
1 yanvar (Səhər və şam yeməyi)
Şou proqram
Fitness və SPA xidmətləri
Şəkidə yerləşən "Marxal Resort" oteli
Dekabrın 30-dan yanvarın 2-nə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və Yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:
2 gecəlik qiymətlər:
Standart otaq (eyvansız) - 1560 manat (2 nəfərlik)
Standart otaq (eyvanlı) - 1610 manat
Triple - 2225 manat
Deluks suite otaq - 1780 manat
Orta ölçülü villa (6 nəfər) - 4700 manat
Böyük ölçülü villa (8 nəfər) - 5990 manat
3 gecəlik qiymətlər:
Standart otaq (eyvansız) - 2035 manat (2 nəfərlik)
Standart otaq (eyvanlı) - 2110 manat
Triple - 2880 manat
Deluks suite otaq - 2365 manat
Orta ölçülü villa (6 nəfər) - 6135 manat
Böyük ölçülü villa (8 nəfər) - 7765 manat



Azərbaycan otellərinin "əl yandıran" YENİ İL QİYMƏTLƏRİ
Novruz bayramında Azərbaycan hotellərində qiymətlər - SİYAHI
Bayram günlərində bölgələrə tur paketlər – Qiymətlər
Otellər açılışa hazırdır- Qiymətlər açıqlandı
Rayonlarda istirahət qiymətləri neçiyədir?
Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
Bakıda məşhur restoranların Yeni il qiymətləri
Bakı çimərliklərində qiymətlər necədir?
Marketlərdə qiymət artımı nədən qaynaqlanır?
Yeni ili Bakıda hoteldə qeyd etmək istəyənlərin DİQQƏTİNƏ
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Məktəbli ləvazimatları bahalaşıb - Qiymətlər necə tənzimlənir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 