İyunun əvvəlində ölkədə turizm sektorunun bərpa olunacağı ehtimalına görə otellər açılış hazırlığına start veriblər.
ONN media xəbər verir ki, pandemiyadan sonrakı açılışla əlaqədar otellər yeni qaydalar da tətbiq edib. Əksər otellərdə turistlərin gigiyenasını təmin etmək üçün dezinfeksiyaedici tunellər yaradılıb. Dezinfeksiyaedici tuneldə dumanlama üsulu ilə püskürdülən dezinfeksiya maddəsi dezinfeks dumana çevrilir və toxunduğu yerlərdə insanı islatmadan mikro-orqanizmləri məhv edir.
Dezinfeksiya tunelinin içərisində olan nozllar vasitəsilə avtomatik olaraq tətbiq olunan dezinfektor istifadəçilərin üzərindəki geyimlərin, əl və üz daxil olmaqla, bütün bədən səthinin dezinfeksiya olmasını tam təmin edir.
Açılışla əlaqədar otellər yeni qiymətlər də müəyyən ediblər. Belə ki, "Quba Palas Otel"də 2 nəfərlik otaq 120 manatadır. Həftə sonu üçün isə qiymət 160 manatdır.
Şabrandakı "Qalaaltı Otel Spa"da 2 nəfərlik standart otağın 1 günü həftə içi 135 manat, həftə sonu isə 185 manatdır.
Şəkidəki “Marxal Otel”də isə 2 nəfərlik standart otaq üçün qiymət 140 manat nəzərdə tutulub.
“Xəzər Palas Otel Lənkəran”da (Khazar Palace Hotel Lankaran) isə 2 nəfər üçün 2 gecə, 3 gün 160 manatdır.
Otellərin tətbiq etdiyi qiymətə standart otaqda gecələmə, səhər yeməyi, fitnes mərkəzi və saunadan, hovuzdan, otaqda isə kofe, çay və sudan istifadə daxildir



Azərbaycanda yeni il tətili üçün şok qiymətlər
Rusiya bazarına böyük zərbə
Novruz bayramında Azərbaycan hotellərində qiymətlər - SİYAHI
Yeni ili Bakıda hoteldə qeyd etmək istəyənlərin DİQQƏTİNƏ
Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər — RƏSMİ
Azərbaycan otellərinin "əl yandıran" YENİ İL QİYMƏTLƏRİ
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq
Kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır?
“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı
Azərbaycanda "halal turizm" yaradılır
Rayonlarda istirahət qiymətləri neçiyədir?
Azərbaycanda qış turizminə maraq artır - QİYMƏTLƏR - VİDEO
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 