Heydər Əliyev nəinki Azərbaycan və Azərbaycan xalqının, Rusiya, SSRİ və bütün dünya tarixində, həmçinin Heydər Əliyevin vətənimizi - Azərbaycanı bərpa edərək yeni respublika qurduğu zamanda yaşayan və işləyən, oxuyan və yaradan hər bir kəsin həyatında çox böyük rol oynayıb.
ONN media Trend-ə istinadla xəbər verir ki, bu barədə rusiyalı teatr və kino rejissoru, televiziya aparıcısı, aktyor, ictimai və siyasi xadim, bakılı Yuli Qusman deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin xatirəsi bəşəriyyət və Azərbaycan durduqca yaşayacaq: "Heydər Əliyevdə heyrətamiz ciddilik və xeyirxahlıq, mənəvi gözəllik və dəyanət, düşmənlərə və cinayətlərə qarşı dözümsüzlük, son dərəcə işıqlı zəka və geniş bilik birləşirdi. Heydər Əliyev onu əhatə edən insanlara son dərəcə dərin təsir bağışlayırdı".
Bakıya son səfəri zamanı "böyük memarın heyranlıq doğuran şah əsəri" - Heydər Əliyev Mərkəzində olduğunu bildirən Y.Qusman qeyd edib ki, bu şah əsəri dahi Heydər Əliyevin xatirəsinə layiqdir:
"Bakı həmişə məni özünə çəkir. Bakı cəzbedici gücə malikdir. Hətta mən Bakıda olmadığım yarım il ərzində inanılmaz dərəcədə dəyişikliklər baş verib. Bakı limanı çox dəyişib, həmçinin Ağ şəhər! Və hər yer belədir. Əgər dünən harasa boş ərazi idisə, bu gün artıq ora park və ya gül-çiçəklikdir. Bütün Azərbaycan - çiçəkləri Heydər Əliyev tərəfindən əkilən bu cür gülüstana çevrilib".
O xüsusilə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev - böyük Heydər Əliyevin oğlu - respublikada görülən işlərlə fəxr edə bilər:
"Ölkə və şəhər tamamilə valehedicidir. 1981-ci ildə "Qorxma, mən səninləyəm!" filminin çəkilişləri zamanı mən bütün Azərbaycanı gəzmişəm və ən uzaq nöqtədə - Gürcüstanla sərhəddə işləmişəm. 32 ildən sonra mən yenidən bütün ölkədən keçdim, həmin nöqtədə işlədim və yeni yollar, evlər, hər cür rahatlıq, bir sözlə, müasir azərbaycanlıların həyatının dəyişdiyini gördüm. Heydər Əliyev öz oğlu, onun nailiyyətləri və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri ilə fəxr edərdi".
Rusiyalı ictimai xadim deyib ki, hərçənd bugünkü Bakı onun uşaqlıq dövründəki şəhərə oxşamır, lakin bütün bu dəyişikliklərin əsasını dahi Heydər Əliyev qoyub:
"Bu gün biz ölkəni ayağa qaldıranların qoyduğu heyrətamiz təməllər üzərində durmuşuq. Xalq bar verən ağac kimi köksüz mövcud ola bilməz. Azərbaycan bu gün hər mənada zənginliyi, qüdrəti, mədəni ənənələri, idman nailiyyətləri ilə azsaylı unikal ölkələrin sırasına daxildir. Biz bütün bunlara görə bugünkü rəhbərlərə də minnətdar olmalıyıq, lakin hər zaman anlayacağıq ki, bu xeyirli təməl Heydər Əliyev tərəfindən qoyulub və buna görə də bizim xalqımız həmişə onu xatırlayacaq, ehtiram edəcək və sevəcək".



Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb - Kudryaçenko
Mehriban Əliyeva: Heydər Əliyev qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaq
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Həştərxanda Heydər Əliyev anılıb - Foto
Heydər Əliyevin xatirəsi anılır
Azərbaycan tarixinin sönməz günəşidir Heydər Əliyev
Heydər Əliyevin xatirəsi Moldovada anıldı
"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub"
Qarabağa böyük köç üçün niyə bu gün seçildi?
Əli Həsənov: Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır
Zakir Həsənov Türkiyədə Heydər Əliyev parkında
Əbədiyyət simvolu HEYDƏR ƏLİYEV
Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı
DTX Mətbuat xidmətinin məlumatı
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
Təbrizdə güclü partlayış oldu
Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
Temperatur 35 dərəcəyə yüksələcək
Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
"Qarabağ" bir gündə 2 oyun keçirəcək
Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
Mbappe Messini keçdi
Qadınların pensiya yaşı artırıldı
Günün qoroskopu: Bu gün bu işlər üçün əlverişli gündür
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb
Yeni peşə təhsili ixtisasları yaradıldı
“Qarabağ” 1 milyona müdafiəçi alır 