Əvvəllər evlənmək üçün üç manat pul, bir kəllə qənd, bir molla bəs edirdisə, indi bunu demək çox çətindir. Zaman dəyişdiyi kimi, istək və arzular da dəyişir.
Müasir dövrdə toy mərasimləri həddindən artıq dəbdəbəli keçirilir. Bəs əvvələr üç manata edilən toy hazırda neçəyə başa gəlir? Gəlin paltarları ilə başlayaq.
Gəlinliklərin kirayəsi və satışı ilə məşğul olan Anna Bayramova deyir ki, qiymətlər donların seçiminə uyğun olaraq fərqlənir. İcarəyə verilən gəlinliklər 200-4000 manat arasında dəyişir. Müsahibimiz sifarişlə hazırlanan gəlin donlarının daha baha olduğunu deyir.
İndi faytonların yerini bahalı və son model avtomobillər tutub. Toy maşınlarının kirayəsi ilə məşğul olan sahibkar Elvin Allazov deyir ki, qiymətlər avtomobillərin modelindən asılı olaraq 100-1500 manat arasında dəyişir.
Gəlinin saç və makyajına gəldikdə, saç ustası Mehmet Özel bildirir ki, əvvələr daha çox göstəriş sevən gəlinlər hazırda daha çox sadə modellərə üstünlük verir.
Vizajist Günəş Nur gəlin makyajını 400 manata etdiyini deyir. O əlavə edir ki, ustaya görə qiymətlər dəyişir.
Qeyd edək ki, Bakıda şadlıq evlərinin sayı çox olduğu kimi, qiymətləri də müxtəlifdir. 30-35 manatdan başlayan menyular seçimdən asılı olaraq artır.
[embed]https://www.youtube.com/watch?v=QBA9gumOy_o&feature=youtu.be[/embed]



Gəlinliklərin qiyməti qalxdı? – Bəylər TƏŞVİŞDƏ
Toy qərarından sonra qızıl bazarı – 1500 – 4000 AZN – QİYMƏTLƏR – VİDEO
Bakıda toy neçəyə başa gəlir? - VİDEO
Bakıda məşhur restoranların Yeni il qiymətləri
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Bakının bağ evlərində yay istirahəti üçün qiymətlər necədir?
Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR
Bakıda kirayə avtomobillərin QİYMƏTLƏRİ - SİYAHI
Bayram bahalaşması başladı- SON QİYMƏTLƏR
Bakıda Ayfon-11-lər satışa çıxarıldı – Qiymətlər
Yol polisində bahalı nömrələri kim satır? – AÇIQLAMA
Güzəştli mənzillərin qiyməti açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 