ONN media xəbər verir ki, "Silk Way Helicopter Services" kommersiya helikopter aviaşirkəti donanmasına yüksək keyfiyyətli aeroçəkiliş üçün ixtisaslaşdırılmış foto/video avadanlığı ilə təchiz olunan ən yeni “Agusta Westland AW109SP” helikopterini əlavə etmişdir.
“AW109SP” seriyalı helikopterlər hər cür hava şəraitində istismar üçün naviqasiya peyk sistemi ilə təchiz olunmuşdur. Helikopterin şüşə pilot kabini mükəmməl görüntünü təmin edir.
2,6 meqapiksel təsvir ölçülü, geniş görüntü bucağı və quraşdırılmış hiroskopik stabilizatora malik “Gyro-Stabilized Systems (GSS) Broadcast series B512 Gimbal Camera – Ikegami HDL-F3000” bort foto/video kamerası hər cür hava şəraitində və istənilən xarici işıqlandırmada yüksək keyfiyyətli çəkiliş aparmağa imkan verir.
Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları, həmçinin Formula 1 Qran Pri və Azərbaycanda hər il keçirilən “Tour de Azerbaijan” velosiped yarışları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil etmişdir.
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Мi-8МТV-1”, “Мi-8АМТ”, həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.



“Silk Way Helicopter Services” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçuş həyata keçirilib
Azərbaycanda bir İLK
Azərbaycanda Rusiya istehsalı olan daha bir helikopterin əsaslı təmiri başa çatdı
Ən yaxşı kamerası olan telefonlar hansılardır - SİYAHİ
Foto və video çəkilişi üçün ən mükəmməl smartfon bəlli oldu
“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçmişdi
Hərbi helikopter qəzaya uğradı - 13 nəfər...
"İphone 14" ün ilk görüntüləri yayıldı
Yeni türk helikopteri təqdim olundu
Qəzaya düşən helikopterlə bağlı ŞOK FAKTLAR
ABŞ helikopteri qəzaya düşdü - İDDİA
Avroliqa finalı dünyaya təhlükəsiz bir ölkə olduğumuzu bir daha sübut edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 