Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində meyvə bağlarında “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlim keçirilib.Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunan təlimdə fermerlər və fermerlərə məsləhət xidməti göstərən mütəxəssislər iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Ələddin Eyvazov təlimin keçirilməsini müşahidə edib. Ələddin Eyvazov bu tip innovativ təlimlərin həm fermerlər, həm də mütəxəssislər üçün faydalı olduğunu bildirib. AEİMM-in əsas fəaliyyət istiqamətlərindən birinin məsləhət xidməti olduğunu qeyd edən direktor alim və mütəxəssislərin qarşısına yeni tələblər qoyulduğunu qeyd edib. “Aqrar elm aqrar təsərrüfatların inkişafına xidmət göstərməlidir” – direktor deyib.
Daha sonra təlim iştirakçıları ilə birlikdə sahə nümayişinə çıxan AEİMM direktoru yeni salınmış intensiv meyvə bağları ilə tanış olub, alimlərin sahə fəaliyyətləri ilə maraqlanıb. Qeyd olunub ki, hazırda ölkə üzrə ən innovativ bağ sahələri məhz Quba RAEİMM-ə məxsusdur. Bu da gələcəkdə mövcud təcrübəni özəl fermer təsərrüfatlarına da genişləndirmək imkanı verir. Mütəxəssislər yetişdirdikləri meyvə tinglərini də nümayiş etdiriblər. Görüşdə köhnə - istifadə müddətini başa vurmuş bağ sahələrinin yeniləri ilə əvəzlənməsinin lazım olduğu fikri səsləndirilib.
AEİMM direktoru Ələddin Eyvazov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binası ilə də tanış olub.



Şəki sakinlərinin DİQQƏTİNƏ
Baş nazirdən yeni qərar
Kənd Təsərrufatı Nazirliyində YENİLİK
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Şamaxıda AMAL layihəsinin təqdimatı olub
Fermerlərə ŞAD XƏBƏR
Şəkidə elmi - praktiki seminar keçirilib
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Qubada EKTİS sisteminin tətbiqinə hazırlıq başa çatır
Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilir- FƏRMAN
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 