Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) həyata keçirdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində Şəkidə tütünçü fermerlərlə görüş keçirilib. Şəki şəhər İcra Hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə AKİA sədri Mirzə Əliyev arqar məşğulluğun artırılması və gənclərin aqrar sahəyə marağının yüksəldilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Agentlik sədri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icra olunduğunu və bu sahənin inkişafı üçün müvafiq addımlar atıldığını qeyd edib. “AMAL layihəsi çərçivəsində tütünçülüklə bağlı layihələrin dəstəklənməsi də bu addımlardan biridir” – deyən Mirzə Əliyev fermerlərə tütün qurutma avadanlığının güzəştlə satılan kənd təsərrüfatı texnikası siyahısına daxil edildiyini bildirib. AKİA sədri əlavə edib ki, layihə çərçivəsində tütün qurutma avadanlıqları fermerlərə güzəştli şərtlərlə veriləcək: “AMAL-da iştirak edən bəzi gənclər bu layihəyə qrup halında qoşulublar və biz gənclərin bu addımını çox yüksək dəyərləndiririk. Çox arzu edərdik ki, fermerlər kooporativ yaratmağa maraq göstərsinlər. Bu, onlara həm xərcləri paylaşmağa, həm texnika almağa, həm də güclərini birləşdirib daha yüksək gəlir əldə etməyə yardım edəcək”.
AMAL çərçivəsində Şəkidə tütünçü fermerlərlə görüş keçirilib



Nazirlikdə sədr təyin olundu - ƏMR
Şamaxıda AMAL layihəsinin təqdimatı olub
Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Şəki sakinlərinin DİQQƏTİNƏ
Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilir- FƏRMAN
Prezidentlər Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Fermerlərin DİQQƏTİNƏ- Yeni qərar var
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Dövlət Aqrar Ticarət şirkətinin və "Kənddən Şəhərə" layihəsinin təqdimatı keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 