Şaxta Baba bu dəfə qatara mindi, stansiya-stansiya gəzərək balaca nəvələrinə hədiyyələr payladı.
ONN media xezerxeber.az-a istinadən bildirir ki, ötən il olduğu kimi, Bakı Metropoliteni stansiyalarda növbəti dəfə bayram əhvalı yaşadıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə müxtəlif hədiyyələr, oyuncaqlar təqdim edib.
Şaxta Baba və Qar qız obrazlarında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva olublar. Şaxta baba və Qar qız metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb.
Nəsimi Paşayevin sözlərinə görə, bilərəkdən Yeni il obrazlarına metropoliten işçiləri seçiliblər. Məqsəd stansiyaları gəzərkən sərnişinlərin irad və təkliflərini dinləməkdir.Vaqonlarda Şaxta baba və Qar qızı görən balacalar isə əməlli-başlı təəccübləniblər. Bəzi valideynlər isə metropolitenin ənənə halını alan bu aksiyasından xəbərdar olduqları üçün uşaqları ilə gəlmişdilər.
Keçirilən sosial aksiya metro sərnişinləri tərəfindən sevinc və maraqla qarşılanıb. Bəzi vətəndaşlar isə Şaxta baba və Qar qızla şəkil çəkdirib.
[embed]http://www.youtube.com/watch?v=7PHu53mYzdg[/embed]



Metro stansiyalarında Yeni il şənliyinə start verildi
Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar, çünki...
Bakıda Şaxta Baba döyüldü
Bakıda Şaxta baba olmağın qiyməti açıqlandı
Yeni il günü şaxta baba həyatını itirdi
Yeni il qatarı bu gündən xəttə çıxır
Metropoliten xətlərinə bayram ovqatlı qatar buraxılıb
Şaxta baba ləğv olundu- YALNIZ QAR QIZA İCAZƏ VERİLİR
Moskvada BİYABIRÇILIQ: Şaxta baba...
“Bakı Metropoliteni” sərnişinlərə sürpriz hazırlayır
Tamaşa zamanı şaxta baba öldü
Bakıda şaxta baba olmağın qiyməti bahalaşıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 