2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.
ONN media xəbər verir ki, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında "Ət məhsulları” qrupu 0,2 faiz, "Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, "Tərəvəzlər” qrupu 4,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, "Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, "Araq, brendi (konyak)” qrupu 3,4 faiz, "Çaxır” qrupu 0,9 faiz, "Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından "Geyim” qrupu 0,3 faiz, "Ayaqqabı” qrupu 0,1 faiz, "Mebel və ev əşyaları” qrupu 0,1 faiz, "Məişət cihazları” qrupu 0,3 faiz, "Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, " Tibb təyinatlı digər məhsullar" qrupu 0,3 faiz, "Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, "Velosipedlər” qrupu 2,7 faiz, "Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, "Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, "İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı" qrupu 0,4 faiz, "Avtomobillərin təmiri” qrupu 0,7 faiz, "Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, "Mehmanxana xidməti” qrupu 1,7 faiz, "Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, "Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.



Bakıda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
DİQQƏT- Bu məhsulların qiyməti bahalaşdı
Azərbaycanda illik inflyasiya açıqlandı
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI
Mal və qoyun əti UCUZLAŞDI
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Ölkədə bu ərzaqlar BAHALAŞDI - SİYAHI
Hansı məhsullar bahalaşıb?
Ölkəmizdə sürətlə bahalaşan məhsullar - SİYAHI
Azərbaycanda hansı məhsullar ucuzlaşıb? — SİYAHI
Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 