Bir neçə gün öncə Zığ şosesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşmışdı. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Araşdırmalar zamanı avtobus sürücüsünün sürücülük hüququ olmadığı və məhkumluq həyatı yaşadığı məlum olub.
Bu hadisədən bir sual yaranır: qəzada zərərçəkənlər onlara dəymiş maddi və mənəvi zərərin qarşılığını kimdən tələb edə bilərlər?
Məsələ ilə bağlı danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, yol nəqliyyat hadisəsi baş veribsə, hadisədə zərər çəkmiş hər bir sərnişin çəkdikləri zərərin əvəzini tələb etmək hüququna malikdir.
“Yəqin ki, həmin avtobusun icbari sığortası var, sərnişinlərə dəymiş ziyana görə onlara zərərin dərəcəsinə uyğun olaraq sığorta ödənişləri olmalıdır. Bundan başqa da hadisədə təqsirkar kimdirsə, zərəri ödəməlidir. Qəza baş verən avtobus şirkətə məxsusdur. Mülki qanunvericiliyə görə, həm şirkət, həm də nəqliyyat vasitəsini idarə edən şəxs məsuliyyət daşıyır. Əgər zərər çəkənlərin narazı qaldıqları məqamlar varsa, məhkəmədə iddia qaldıra bilərlər”.
Xatırladaq ki, 175 nömrəli marşrut üzrə daşıyıcı işində ciddi nöqsanlara yol verdiyinə görə hadisədən sonra Bakı Nəqliyyat Agentliyi daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verib. 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarı “BakuBus” MMC-ə həvalə edilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda bildirilir ki, sözügedən hadisəni törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşurutun sahibi isə Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin sabiq müdir müavini Babək Aslanov olub. Məlum olub ki, B.Aslanov marşrut xəttini icarəyə veribmiş.(Modern.az )



Bakıda iki sərnişin avtobusu toqquşdu
Bakıda sərnişin avtobusu ağır qəza törətdi - YARALI VAR
Bakıdakı dəhşətli qəzada ölənlər barədə AÇIQLAMA: "Əksəriyyəti..."
Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı - YARALILAR VAR
Bakıda iki avtobus toqquşdu, xəsarət alanlar var
Avtobus aşdı - 9 ölü
BNA avtobus qəzası ilə bağlı məlumat yaydı
Daşınmaz əmlak sığortalanmayıbsa, dəymiş zərərə görə MƏSULİYYƏT....
"Bakubus" avtobusu dəhşətli qəzaya uğradı
Bakıda avtobus qəzaya düşdü: yaralı var
Sumqayıtda sərnişin avtobusu qəza törətdi
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 