“Hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma “Müsavat” partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır”.
ONN media xəbər verir ki, bunu Trend-ə müsahibəsində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, ötən əsrin əvvəllərində yaradılmış “Müsavat” xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi: “İndiki “Müsavat” isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə, bir çox tarixçının və araşdırmaçının qənaətinə görə ideolojik olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran “Müsavat”la, 1992-93-cü illərdə hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkün deyil, hətta büsbütün absurddur”.



Siyavuş Novruzov Rafael Cəbrayılovun istefasından DANIŞDI
SON DƏQİQƏ: Siyavuş Novruzov İSTEFA VERDİ
Elçibəyin oğlundan Siyavuş Novruzova - Cavab
Yaxın günlərdə böyük əfv sərəncamı gözlənilir
Siyavuş Novruzovdan YAP-ın rayon təşkilatlarının sədrlərinə ÇAĞIRIŞ
Siyavuş Novruzov: "Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir"
Siyavuş Novruzovun YAP-dakı vəzifəsi kimə verilib? – VACİB AÇIQLAMA
YAP Milli Şuranın mitinqinə münasibət bildirdi
YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 