ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında Orfoqrafiya Komissiyasının Orfoqrafiya qaydalarına edilən dəyişikliklər açıqlanıb.
Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlünün verdiyi məlumata görə, Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi təklif qəbul edilib. Bundan sonra “ssenari”, “ssuda” kimi sözlər, “senari”, “suda” kimi, Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən biri düşəcək. “boss”, “brass”, “ekspress”, “stress”, “trass” kimi sözlər “bos”, “bras”, “ekspres”, “stres”, “tras”və s. Kimi yazılacaq.
“Anti... ön şəkilçisi və trans, proto morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası da dəyişib. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayacaq. Məsələn, anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.
Qeyri və ümum morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayacaq. Məsələn, qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya, və s. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılacaq”.
T.Şükürlünün sözlərinə görə, tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılacaq. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.



Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Yeni orfoqrafiya lüğəti bu prinsiplər əsasında hazırlanacaq - Möhsüm Nağısoylu AÇIQLADI
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
Azərbaycan dilindən bu sözlər çıxarılır
Yeni lüğətdə bu sözlərin belə yazılması TƏKLİF OLUNUR
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət
Trans-Baykalda 5,5 bal gücündə zəlzələ baş verdi
Sayalı Sadıqova: “Bu sözlərin yazılışı dəyişməməlidir”
Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - RƏSMİ
Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür- ŞOK
Yeni orfoepiya lüğəti niyə ləngiyir? - Dilçilik İnstitutunun CAVABI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 