BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik.
Bunu ONN media-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, BMT Baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz:
"Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır.
80-ci illərin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatismi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlılının qanlı etnik təmizlənməsi ilə nəticələnib. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərinə zidd şəkildə ATƏT üzv ölkəsi olaraq Ermənistanın digər ATƏT üzv ölkəsi olan Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər".
H.Hacıyev qeyd edib ki, Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək.



BMT-dən Qarabağ açıqlaması
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir
Lavrov Polad Bülbüloğlu ilə erməni səfiri yeməkdə bir araya gətirdi
ABŞ Dövlət Departamenti Ermənistanı işğalçı adlandırdı
Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Dövlət katibindən Dağlıq Qarabağ MESAJI
Türkiyə: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
XİN başçısı Quterreşlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
ATƏT sədri Azərbaycana nəvaxt gələcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 