Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. XİN-dən ONN media -ya verilən məlumata görə, Baş Katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etdi. E.Məmmədyarov səmimi qəbula görə Baş katibə minnətdarlığını bildirib. O, bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək Baş katibi bu tədbirdə iştirak etməyə dəvət edib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ən son görüş barədə Baş katibə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan nazir Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirib. Görüşdə tərəflər həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar. Görüşün sonunda nazir BMT-nin Fəxri Qonaqlar Kitabını imzalayıb.
XİN başçısı Quterreşlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi



Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Məmmədyarov ATƏT-in Baş katibini Bakıya dəvət etdi
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Azərbaycan və Ermənistanın XİN başçıları nəvaxt görüşəcək?
Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü olacaq
Məmmədyarov erməni həmkarı ilə görüşəcək
Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək
Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və vaxtı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 