ONN İnformasiya Agentliyi

İlin ilk ay tutulması başlayıb

İlin ilk ay tutulması başlayıb
05 May 2023 - 22:19

İlin 1-ci Ay tutulması başlayıb.

ONN media xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayıb və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq.

Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png