ONN İnformasiya Agentliyi

Novruzda kirayə evlərin qiyməti necə dəyişdi?

Novruzda kirayə evlərin qiyməti necə dəyişdi?
21 Mart 2024 - 9:05

Bayramı fürsət bilənlər istirahət üçün rayonlara üz tutublar. Otellərlə yanaşı kirayə evlərə müraciət edənlərin sayı da artıb.

ONN media-nın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Lənkərana gələn turistlər istirahət mərkəzləri ilə yanaşı qalmaq üçün gündəlik kirayə verilən kənd evlərinə də müraciət edirlər.

Novruz bayramını Lənkəranda qeyd edəcək turistlər əsasən Lənkəran-Lerik yolundakı istirahət mərkəzlərinə yaxın kirayə verilən evlərdə qalmağa üstünlük verirlər. Ev kirayəsi ilə məşğul olan rieltorlar xüsusilə dağətəyi ərazilərdəki həyət evlərinə daha çox tələbat olduğunu deyirlər.

Rieltorlar deyirlər ki, kirayə mənzil bazarında bu cür vəziyyət bayramın sonuna qədər davam edəcək.

Qeyd edək ki, mövcud qiymətlərin bayramdan sonra enəcəyi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png