ONN İnformasiya Agentliyi

Ölkəmiz 70-dən çox yeni gəmi alacaq

Ölkəmiz 70-dən çox yeni gəmi alacaq
25 İyun 2018 - 15:10

Yaxın 10 ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ümumi dəyəri 1,5 milyard manat olan 72 gəmi almaq niyyətindədir.

ONN media xəbər verir ki, bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.

R.Vəliyev bildirib ki, 2015-ci ildən Xəzər Dəniz Gəmiçiliyi kapitallaşmanı 310 milyon manat artırıb:

"Şirkətin dəyəri 1 milyard manat qiymətləndirilir. Son bir neçə il ərzində 437 milyon manat kapital investisiyaları həyata keçirmişik. Bunun 99 faizi şirkətin gəlirləri hesabına olub".

Qeyd edək ki, hazırda QSC-nin balansında 23 tanker, 20 yük gəmisi, 2 "Ro-Ro" tipli gəmi və 13 bərə var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png