ONN İnformasiya Agentliyi

Qadın alveri ilə məşğul olan şəxsə bu cəza verildi

Qadın alveri ilə məşğul olan şəxsə bu cəza verildi
07 İyun 2023 - 17:54

Bakıda həmcinslərini fahişəliyə cəlb edən 1978-ci il təvəllüdlü Gülnarə Məmmədovaya (şərti ad-soyadlı) hökm oxunub.

ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3500 manat pul cəriməsi cəzasına məhkum edilib.

Bildirilib ki, “Toppuş Günel” ləqəbi ilə tanınan G.Məmmədovanın cinayət işi üzrə 3 zərərçəkmiş qadın var.

O, həmcinslərini bir neçə il ərzində pul qazanma qarşılığında Bakıda və Abşeron rayonunda müxtəlif ünvanlarda fahişəliyə cəlb edib.

Zərərçəkmiş şəxslər məhkəmədə G.Məmmədovadan şikayətçi olmadıqlarını bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png