ONN İnformasiya Agentliyi

Sürücüdən rüşvət alan yol polisi ilə bağlı RƏSMİ AÇIQLAMA

Sürücüdən rüşvət alan yol polisi ilə bağlı RƏSMİ AÇIQLAMA
17 Yanvar 2020 - 21:34

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

ONN media bildirir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək”, – o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Qoşa Park” yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.//Report.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png