Yanvarın 21-dən həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatına başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Zəvvarlar üçün ayrılan kvotanın sayı məlum deyil, ancaq ötən illə müqayisədə daha az olduğu bildirilir. Qeyd edək ki, 2024-cü ildə Həcc ziyarəti üçün kvota 1500 nəfər olub.
Həcc ziyarətinin qiyməti isə artırılıb. Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb.
Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a açıqlamasında bildirib ki, hazırda nəzərdə tutulan kvotanın 60 faizindən çoxu doldurulub:
"Kvota 1200-1300 nəfər arası nəzərdə tutulur, qısa müddət ərzində kvotanın dəqiq sayı bəlli olacaq. Qeydiyyat kvota dolana kimi davam edəcək".
Məlumata görə, zəvvarlar 25-30 may tarixləri arasında yola düşəcək.
"Kvotanın, əslində, bəlli bir vaxtı var. amma gedişat göstərir ki, kvota bu məhdud vaxtdan öncə dolacaq. Biz artıq nəzərdə tutulan kvotanın 60 faizindən çoxunu doldurmuşuq. Vətəndaşlarımızdan xahiş edirik ki, tələssinlər, yerlər məhduddur. Bu gedişatla Ramazan ayının ortalarına kimi kvota tamamlana bilər".



Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Həccə getmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI
Həccə getmək istəyənlərə xəbər var
Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
Zəvvarlar Vətənə qayıdır
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
Azərbaycandan Həcc ziyarəti üçün qiymət açıqlandı
Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb
Həccə getmək istəyən şəxslər aldadıldı
Həcc ziyarətinin qiyməti açıqlandı
Zəvvarların son durumu açıqlandı
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 