Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunda törədilmiş ağır cinayətin üstü açılıb.
DİN -dən ONN media -ya bildiriblər ki, 2018-ci il sentyabrın 4-də Quba rayon sakini İlqar Fərhadov hüquq-mühafizə orqanlarına müraciət edərək qardaşı, Beyləqan rayonunun Türklər kəndindəki fermanın ərazisində tikdirdiyi evdə yaşayan və heyvandarlıqla məşğul olan İldırım Fərhadovun cari il iyul ayının 28-də Rusiya Federasiyasının Yessentuki şəhərinə istirahətə getdiyini və ötən müddət ərzində ondan məlumat ala bilmədiyini bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və onun respublikanı tərk etmədiyi müəyyənləşdirilib.
Araşdırmalar zamanı İ.Fərhadovun qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sahibkarın itkin düşməsilə birbaşa əlaqəsinin olmasına əsaslı şübhələr yaranıb.
Sentyabrın 9-da Bakı şəhərində saxlanılmış Ə.Sadıqova təkzibedilməz sübutlar və şahid ifadələrindən sonra İ.Fərhadovun cari il iyul ayının 26-da sonuncuya məxsus fermada Beyləqan rayonunun Dünyamalılar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Şahsuvar Əsədov tərəfindən odlu silahla qətlə yetirildiyini və elə həmin ərazidə basdırıldığını etiraf edib.
Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd “İJ-16” markalı tüfəng maddi sübut kimi götürülüb. İldırım Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyatı üzrə təhvil verilib.
Faktla əlaqədar Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Hər iki şəxs istintaqa ifadəsində bu ağır cinayəti tamah məqsədilə törətdiklərini etiraf ediblər.
İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Baş Prokurorluq Salyandakı qətllə bağlı məlumat yaydı
Öncə öldürdü sonra...-DƏHŞƏT
Bakıda DƏHŞƏTLİ QƏTİL: sifarişlə qadını öldürdülər, yandırdılar sonra...
Dəhşətli cinayətin üstü açıldı
RƏSMİ: Azərbaycanda qadını öldürüb gizli basdırıblar
Bakının mərkəzində məscidin qarşısında dəhşətli cinayət - 1 NƏFƏR ÖLDÜRÜLDÜ
7il əvvəl baş verən ağır cinayətin üstü açılıb
Daşkəsəndə dəhşətli hadisə
Azərbaycanda törədilən qətlin üstü açıldı - RƏSMİ MƏLUMAT
Oğurluğa gedən şəxs yaşlı qadını boğub öldürdü
77 yaşlı qadının yanmış meyiti tapılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 