ONN İnformasiya Agentliyi

Dinimizin nəzərində zəlzələ nədir? Səbəbi nədir?

Dinimizin nəzərində zəlzələ nədir? Səbəbi nədir?
19 Yanvar 2018 - 11:58

Muhəmməd ibni Süleyman nəql edir: “İmam Sadiqdən (ə) soruşdum: “Zəlzələ nədir?”. Həzrət (ə) buyurdu: “Allahın nişanələrindən biridir”.

Soruşdum: “Bəs səbəbi nədir?”.

Buyurdu: “Allah torpağın damarlarına mələyi məmur etmişdir və torpağı titrətmək istəyən zaman ona əmr edər ki, filan damarı hərəkətə gətirsin. Həmin damar hərəkət edən zaman o damara aid olan torpağın hissəsi titrəyər”.

Hər kəs zəlzələnin nə olduğunu az və ya çox şəkildə bilir. Bilir ki, bu təbii hadisə ardınca dağıntılar və fəlakətlər, ölümlər gətirər. Hər kimin Allaha və axirətə imanı vardır, yaxşı bilir ki, bu dünyada baş verən hər bir hadisənin səbəbləri vardır. Allahın rizası və qəzəbi vardır. Onun riza və qəzəbinin səbəbi də insanların əməlində gizlənmişdir.

Ona görə də deyə bilərik ki, zəlzələnin təbii təsirləri olduğu kimi, mənəvi təsirləri də vardır. Bəşər üçün bəla hesab olunur və bu bəlanın əsil səbəbi – günahdır.

Ayətullah Müctehidi Tehrani buyurur: “Yerin titrəməsinin səbəbi – günahların artmasıdır. O ölkədə ki, zina artar, orada Allahın əmri ilə mələk yeri tərpədər”. (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bu şeylər yayılar, bu şeylər sizin aranızda yer alar:

1. Nə zaman zina yayılar, zəlzələ zahir olar.

2. Nə zaman zəkat verməsələr, heyvanlar ölərlər.

3. Nə zaman hakim məhkəmədə zülm edər, səma öz yağışını saxlayar.

4. Nə zaman riba artar, yer çökməsi baş verər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Nə zaman mənim ümmətimdə bu sifətlər zahir olar, Allah onları cəzalandırar:

Nə zaman duanı az etsələr – bəla nazil olar.

Nə zaman sədəqəni tərk etsələr – xəstəliklər artar.

Nə zaman zəkatı tərk etsələr – dördayaqlılar ölər.

Nə zaman hakim zülm edər – yağışın yağması qadağan olar.

Nə zaman aralarında zina artar – ani ölüm artar.

Nə zaman riba artar – zəlzələ çoxalar.

Nə zaman Allahın nazil etdiyinin əksinə hökm verərlər – düşmənləri onlara hakim olar.

Nə zaman əhdə vəfa etməsələr – Allah onları qətlə düçar edər.

Nə zaman çəkidə aldatsalar – Allah onları qəhətlik və quraqlıq ilinə alar”.

Həzrət (s) sonra bu ayəni tilavət edir: “İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar”. (“Rum” 41). /Deyerler.org/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png