Kürdlərlə problemimiz yoxdur, əsas problem terror dəhlizinin yox edilməsidir.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Afrin əməliyyatından geri addım atmayacağıq. Bunun qarşılığını ödəyəcəklər. Bu məsələdə iradəmiz ortadadır. Afrin həll olacaq. Afrindən geri çəkilməyəcəyik. Sərhədlərimiz boyunca yaradılması istənən, ərazi bütövlüyümüzə təhdid olan terror dəhlizinə ilk xəncəri “Fərat qalxanı” əməliyyatında vurduq.
Amerika bu bölgəyə 6 min TIR silah gətirib. Bütün bunlar haralara dağıdıldı? Bu terror təşkilatlarına verildi. Bu gün Suriyanın şimalında Amerikanın 20-yə yaxın bazası var.
Bütün dünyaya elan edirəm: Bizim heç kimin torpağında gözümüz yoxdur. Hamımızın gözü qarşısında Suriya torpaqlarının bir qismi üzərində bölgə xalqlarının tarixi reallıqları ilə heç bir əlaqəsi olmayan bir şey yaratmağa çalışırlar. Bu, Suriya, İraq, İran və bütün bölgəmiz üçün təhdiddir.
Amerika deyir ki, Afrin əməliyyatının müddəti bəlli olmalıdır, çox uzun çəkməməlidir. Əfqanıstanda sizin əməliyyatınızın müddəti bəlli oldumu? İraqda bitdimi bu müddət? Hələ də İraqdasınız. Nə vaxt işimiz bitsə, o zaman Suriyadan çıxacağıq”, – deyə o bildirib.(Axar.az)



SON DƏQİQƏ: Ərdoğan elan etdi, Türkiyə rəsmən MÜHARİBƏYƏ BAŞLADI
Ərdoğan əməliyyat qərargahında
Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq
"Fərat Qalxanı" bölgəsində dəhşətli terror: 2 ölü, 19 yaralı
Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı
Ərdoğandan SƏRT MESAJ- ANİDƏN GƏLƏ BİLƏRİK
Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb
Ərdoğan ABŞ-a səfər edəcək?
Afrində vəziyyət necədir?-AÇIQLAMA
Ərdoğan yeni əməliyyatların anonsunu verdi
17 min 750 terrorçunu zərərsizləşdirdik - Ərdoğan AÇIQLADI
"Hərəkata 15 min döyüşçü verməyə hazıram"- Suriya Milli Ordusu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 