Donald Trampın prezident kimi fəaliyyətdə olduğu cəmi 1 il müddətində ABŞ federal hökuməti artıq ikinci dəfədir ki, fəaliyyətini dayandırır.
Bunu ABŞ-da federal hökumətin fəaliyyətini dayandırmasını Teleqraf.com-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, bu, prezidentlə qanunverici orqan - Konqres arasında ziddiyyətlərin ifadəsidir:
“Konqres büdcədə müəyyən dəyişikliklər edildikdə, büdcə xərcləmələri ilə bağlı məsələlərdə müəyyən qeyri-qanuni məqamlar aşkar etdikdə, yaxud yeni büdcə ayırmalarında, büdcə xərcləmələrində əksikliklər tapdıqda o, hökumətin fəaliyyətinə veto qoyur və maliyyə araşdırmalarına başlayır. Maliyyə xərcləmələri ilə bağlı Donald Trampla həm Konqres, həm də Senat arasında ciddi qarşıdurma var. Baxmayaraq ki, həm Konqresdə, həm də Senatda üstünlük respublikaçıların əlindədir. Amma qanunvericilik palatası Tramp hökumətinin büdcə xərcləmələrindən çox ciddi narazıdır. Onlar belə hesab edirlər ki, bəzi məsələlərdə, xüsusilə hərbi məsələlərdə büdcə xərclərinə qənaət olunmur. Nəzərdə tutulduğundan daha çox xərcləmələrə və israfçılığa yol verilir. Bu da dövlətin borcunun artmasına gətirib çıxarır. Onu da deyim ki, 30 ildən artıqdır ki, ümumi daxili məhsulun həcmindən çox xərclədiyinə görə ABŞ-ın böyük dövlət borcu yaranıb. Amma bu, hər prezidentin dövründə müxtəlif cür artır. Məsələn, Obama dövründə dövlət borcu elə də artmamışdı. Amma Trampın 1 illik fəaliyyəti dövründə dövlət borcu çox sürətlə artır. Qanunvericilik orqanının hər iki palatası – həm Konqres, həm Senat dövlətin borclanmasından çox narahatdırlar və belə hesab edirlər ki, dövlət borcu elə astronomik məbləğə çata bilər ki, ümumiyyətə, onu bağlamaq mümkün olmaz”.
Q.Hüseynli bildirib ki, büdcəyə nəzarət edən Konqres Trampın yeni büdcə ayırmaları ilə bağlı xahişini rədd etməklə yanaşı bunu israfçılıq hesab edir və hökumətin fəaliyyətini dayandırmağı qərara alıb:
“Buna Senat da razılıq verib. Hər iki palatanın razılığı olduqda hökumət fəaliyyətini dayandırmalı olur. Amma bu uzun müddət çəkmir. Təxminən 3-4 gün ərzində münaqişəni həll etmək üçün münsiflər yaradılır. Onların keçirdikləri görüşlər nəticəsində hökumətin fəaliyyətinə yenidən icazə verilir. Yəni, ya hökumət yeni büdcə ayırması təklifindən imtina edir, ya da əsaslandırılmış rəy təqdim edildikdə Konqres büdcə ayırmasına razılıq verir”.
Qeyd edək ki, ABŞ-da federal hökumət bu il ərzində ikinci dəfə fəaliyyətini dayandırıb. Belə ki, daha əvvəl qəbul edilmiş müvəqqəti büdcənin qüvvədə olma müddəti fevralın 9-na keçən gecə bitib. Fevralın 7-də respublikaçılar və demokratlar yeni 2 illik büdcə barədə razılıq əldə ediblər. Bu razılıq qarşıdakı 2 il ərzində büdcə xərclərinin 300 milyard dollar artırılmasını nəzərdə tutur. Lakin layihə səsverməyə çıxarılmazdan əvvəl – son anda respublikaçı senator Rend Pol hazırkı limitlər çərçivəsində maliyyələşməni nəzərdə tutan düzəliş təklif edib. Nəticədə layihəni vaxtında qəbul etmək mümkün olmayıb və federal idarələr fəaliyyətini müvəqqəti dayandırıb. Lakin bu halın uzun sürməyəcəyi gözlənilir.



ABŞ hökuməti yenidən bağlana bilər?
ABŞ hökuməti fəaliyyətini dayandırdı — SƏBƏB
ABŞ hökuməti fəaliyyətini dayandırdı — SƏBƏB
SON DƏQİQƏ: Konqres təsdiqlədi - O, ABŞ prezidentidir
Ağ ev zənglərə cavab verilməsini dayandırıb
Trampın impiçmenti elan edildi
Konqres üzvləri qəzaya düşüb
Trampın istədiyi oldu
Dövlət borcu üzrə öhdəliklərin Təminat Fondu icmal büdcədən çıxarılır
Trampla bağlı vacib qərar verildi
İranın neftlə bağlı planı budur - Nobaht
Yeni büdcə qaydası tətbiq ediləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 