Prezident İlham Əliyev tərəfindən 24 avqust 2018-ci il tarixində imzalanan Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqini nəzərdə tutur.
Maliyyə Nazirliyindən ONN media -ya verilən məlumata əsasən, qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək.
Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir.
Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə, büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə, büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.
Bununla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq kontr-tsiklik büdcə siyasətinin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur ki, bu da ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, büdcə qaydasına dair qanun Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 iyun 2018-ci il tarixində qəbul olunmuşdu.



İlham Əliyev FƏRMAN İMZALADI
Dövlət borcu üzrə öhdəliklərin Təminat Fondu icmal büdcədən çıxarılır
“Büdcə sistemi haqqında” qanunun tətbiqi bu tarixədək DAYANDIRILIR
İranın neftlə bağlı planı budur - Nobaht
Hesablama Palatasının bəzi səlahiyyətləri ləğv edilib
Əli Əsədovdan vergi və gömrüklə bağlı QƏRAR
Baş nazir cərimələrlə bağlı qərar imzaladı - SON DƏQİQƏ
“Dövlət borcu haqqında” qanun dəyişdirilir
Əli Əsədov bu qərara dəyişiklik etdi
Avtomobillərlə bağlı yeni tələb
Novruz Məmmədov bu qaydalara dəyişiklik etdi
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 