Rusiyanın Orenburq şəhərində baş verən güclü yanğın nəticəsində bir ailədən dörd nəfər ölüb, beş nəfər xəsarət alıb. Onların hamısı azərbaycanlı olub.
ONN media-nın Report-a istinadən məlumatına görə, ilkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.
Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.
Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib.
Yanğın məişət zəminində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.
Şəhərin tibb məntəqəsinə yeddi nəfər, o cümlədən üç azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. Dörd qadın və səkkiz yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir.
Sədaqət Quliyevanın bədənin 95%-i yanıb.
Faktla bağlı cinayət işi açılıb.



Bakıda itkin düşən ana və qızından DƏHŞƏTLİ ƏMƏL
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
Bu gün balaca Zəhranın qətlə yetirildiyi gündür
Mingəçevirdə yaşayış binasında YANĞIN: 2 nəfər...
Prezident bu müəllimlərə fəxri ad verdi - SİYAHI
Partlayış zamanı həlak olanların sayı açıqlandı
İlham Əliyev bir qrup qadını orden və medallarla təltif etdi - SİYAHI
SON DƏQİQƏ: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər yaralandı
Murad Dadaşov məşhur aparıcını "Xəzər"ə gətirdi
Gəncədə partlayış: 3 nəfər xəsarət aldı
Tovuzda dəhşətli qəza baş verib
Balaca Zəhra yaddaşlardan silinmir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 