Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub.
Onn media xəbər verir ki, məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir.
Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub.
Yaradıcılıqlarında Xocalı soyqırımına toxunmuş üç fransız – fotoqraf-jurnalist Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını bölüşüblər.
Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olmasından, yaxınlarından xəbər gözləyən insanlarla görüşündən, Xocalıda ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə işgəncə verilməsindən, onların təhqir edilməsindən danışıb. Gördüyü reallıqları fotoları vasitəsilə olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açıb.
Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi “Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.
Rəssam Reno Baltzinger Xocalı soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı kolleksiyasındakı əsərlərini Fransanın sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etdiyini diqqətə çatdırıb. Xocalı cinayətinin cəzasız qalmasının ədalətsiz olduğunu bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını tamamladığını vurğulayıb. Həmin əsərin Fransada və Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini diqqətə çatdırıb.



Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Məşhur fotoqraf 28 il sonra EYNİ YERDƏ: Ölməzdən əvvəl qaşıqla gözlərini çıxarmışdılar
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Reza Deqati Şuşa haqqında film çəkdi
Xocalı soyqırımından 30 il ÖTÜR
Daha bir xarici mətbuat Xocalıdan yazdı
Şuşada Xarı bülbül: 1992 və 2021... - FOTOLAR
Reza Deqati mina təhlükəsindən son anda XİLAS OLDU - VİDEO
Xocalı soyqrımından 27 il ötür
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 