Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni terrorçuların ASALA terror təşkilatının timsalında xarici dəstəkdən məhrum olacağı halda PKK terror təşkilatı və onun Suriya qolu PYD/YPG-nin də ömrünün qısa müddətdə başa çatacağını bəyan edib.
APA-nın verdiyi məlumata görə, bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankara rayon təşkilatının konfransında çıxış edən R. T. Ərdoğan deyib ki, bir zaman Türkiyənin diplomatlarına sui-qəsd təşkil edən bir terror təşkilatı sonra səssiz-sədasız yoxa çıxıb.
R. T. Ərdoğan deyib ki, yetər ki, biriləri, terrorçuların himayəçiləri əl-ayağa dolaşmasın: "Yetər ki, bu terrorçular Avropada, başqa ölkələrdə sərbəst olmasın. Xarici himayədən məhrum olan terror təşkilatı qısa müddətdə yox olacaq. Biz terrorçuları bu ölkələrə təslim edirik. Bu ölkələr terrorçuları niyə bizə təhvil vermirlər?!".
Türkiyə prezidenti ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə yüngül, ağır silahlar, o cümlədən zirehli texnikalar verdiyini və verməyə davam etdiyini qeyd edib: "Bu terrorçulara hava dəstəklərini də özləri verirlər. Bizimlə görüşlərdə deyirlər ki, PYD/YPG-yə zirehli silahlar verməyiblər. Deyirik ki, vermisiniz, əlimizdə sübutlar var. Ancaq ABŞ bir zaman bizə nəinki pilotsuz aparatlar, hətta tapança belə satmırdı, deyirdilər ki, ABŞ Konqresi icazə vermir. Bu gün şükür, öz istehsalımız olan silahlı pilotsuz aparatlar Afrində və digər yerlərdə terrorçulara qan uddudur".
R. T. Ərdoğan PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə bağlı ABŞ-la müzakirə apardıqlarını, ancaq vədlərə deyil, konkret fəaliyyətə baxılacağını vurğulayıb. Türkiyə prezidenti heç bir halda terror təşkilatlı ilə mübarizənin dayandırılmayacağını da qeyd edib.



17 min 750 terrorçunu zərərsizləşdirdik - Ərdoğan AÇIQLADI
Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq
Türkiyə prezidentindən sərt reaksiya
Ərdoğan yeni əməliyyatların anonsunu verdi
Növbəti addımı atacağıq - Ərdoğan
Ərdoğan ABŞ-a səfər edəcək?
ABŞ- la qarşı- qarşıya gəlmək istəmirik çünki...
Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb
Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı
Ərdoğandan terror açıqlaması : Günahsız insanların ölümü...
Türkiyənin müdafiə naziri: "Afrin əməliyyatı keçiriləcək"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 