Yaponiyada hava təzyiqinin kəskin aşağı düşməsi ilə əlaqədar yaranan şiddətli küləklərə görə 180-dən çox daxili aviareys təxirə salınıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, reyslərin əksəriyyəti şimaldakı Hokkaydo adasında və cənub-qərbdə yerləşən Kyüşü adasında təxirə salınıb.
Hokkaydo adasında şiddətli küləklər dəmir yolunun hərəkətində də problemlər yaradıb. Burada yüzdən çox qatarın hərəkət cədvəli pozulub. Qatarların, o cümlədən sürətli “Şinkansen” qatarlarının hərəkətində pozuntular ölkənin cənub-qərbində də müşahidə olunub.
Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, martın 1-ə keçən gecə ölkənin bəzi regionlarında küləyin sürəti saniyədə 32 metrə çatıb. Şiddətli küləklərin Yaponiyada martın 2-də də müşahidə ediləcəyi və sürətinin saniyədə 25-28 metrə çatacağı gözlənilir.
Eyni zamanda, sinoptiklərin bildirdiyinə görə, Hokkaydo adasında güclü qar yağacaq, sutka ərzində 70 santimetr qalınlıqda yağıntı düşəcək. Sahil rayonlarda 6-8 metr hündürlükdə dalğaların müşahidə ediləcəyi də bildirilir.



33 aviareys ləğv edildi - SƏBƏB
Moskvada güclü qar səbəbindən reyslər təxirə salındı
Yaponiyada güclü zəlzələ baş verdi
ABŞ-da çovğun: 3 mindən artıq aviareys təxirə salındı
Avropa ölkəsi iflic oldu
Yaponiyada dəhşət- 21 ölü
Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı...
Qasırğa hava nəqliyyatını İFLİC ETDİ
Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatdı - FAKTİKİ HAVA
Küləyin sürəti şiddətlənir- YENİLƏNİB
Dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır - FAKTİKİ HAVA
Dalğanın hündürlüyü 5 metrə yaxınlaşır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 