Rusiyalı jurnalist Andrey Kondraşovun “Putin” filminin ikinci hissəsi yayımlanıb.
ONN media Axar.az-a istinadən xəbər verir ki, filmin ikinci hissəsində ən maraqlı məqamlardan biri Putinə qarşı təşkil edilən sui-qəsdlər haqqında məlumatlardır. Kondraşov Putinə qarşı təşkil edilən ilk sui-qəsdin Bakıda həyata keçirildiyini bildirib. Belə ki, sui-qəsd 2000-ci ilin sonlarında baş tutub. Şimali Qafqazda müharibənin getdiyi bir zamanda Bakıya gələcək Putinə qarşı sui-qəsdin Şəhidlər Xiyabanı ərazisində nəzərdə tutulduğu bildirilib.
Kondraşov film zamanı Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki İndrat Fətullayevin də fikirlərinə yer ayırıb. Fətullayev sui-qəsdə cəhd edən şəxsin İraq vətəndaşı Kənan Əhməd Rüstəm olduğunu bildirib. Polkovnik onun həmçinin “Əbdürrəhman Buxari”, “Əbu Səid əl-Kürdi” adları ilə məşhur olduğunu bildirib.
Terrorçu MTN-nin diqqətini 2000-ci ilin mayında cəlb edib.
Kondraşov bu işdə MTN-ə Rusiya xüsusi xidmət orqanlarının yardım etdiyini bildirib. Belə ki, Kənan Əhməd Rüstəm Çeçenistanda Xəttabın telefonlarının dinlənilməsindən sonra müəyyən edilib. Ruslar həmçinin aydınlaşdırıblar ki, bu şəxs Pakistan və Əfqanıstanda teraktlarda iştirak edib və bomba hazırlanmasında əsas instruktor olub. Onun həmçinin Bakıya bir neçə sim kartla bağlı olan yeni bomba sxemi gətirdiyi müəyyən edilib. Sonradan Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə fəaliyyəti ilə hücumun qarşısı alınıb.
Filmdə Kondraşovun Azərbaycan Prezidenti İlham Əliyevlə qısa müsahibəsi də yer alıb. Prezident Əliyev Putinin Azərbaycana ilk səfərindən sonra ölkələr arasında münasibətlərin dəyişildiyi bildirib:
“Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü uzun zaman davam etdi. Görüşün sonunda atam mənə Putinin onda yaratdığı təəssüratları söylədi. Əlbəttə ki, onları çox şey birləşdirirdi. Onların hər ikisi bir məktəbdə - Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı Ali Məktəbində oxumuşdular. Onlar bir-birilərini çox yaxşı başa düşürdülər”.



Paşinyan yenə Putinə zəng etdi və...
Putin heç nə etmədən ABŞ və NATO-nu məğlub etdi - Qrin
Tramp Putinə zəng etdi
İlham Əliyev Putinə zəng etdi
Paşinyan Putinə məktub göndərdi
Lukaşenko Putinə bir səbət dolusu hədiyyə verdi - FOTO
Bu ölkənin prezidentinə qarşı sui-qəsd hazırlanır
Ərdoğana qarşı SUİ-QƏSD İDDİASI
Zelenskidən Putinə çağırış: "Gəl görüşək və..."
Putinə brilliant boks əlcəyi bağışladılar
Makareviçdən Putinə sərt müraciət: Hökmdar, kiminlə qalacaqsan?
Lukaşenko sui-qəsd planından qəbərdar imiş?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 