Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuz dəfn edilib.
ONN media xəbər verir ki, şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H.Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dvam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi isə ötən gün aşkar edilib.
Allah rəhmət etsin!



Baş leytenanta şəhid statusu verildi
Nəşi tapılan hərbçimiz Şirvanda dəfn olunacaq
Şəhidimiz dəfn olundu
Şəhid polkovnik dəfn olunub
Şəhid əsgər Səməd Alışov Qəbələ rayonunda dəfn edildi
Həlak olan hərbçimiz dəfn olundu
Şəhid hərbçimiz dəfn olundu
Şəhid Səddam Hüseynov dəfn olundu
Şəhid hərbçi dəfn olundu-FOTO
Azərbaycan ordusunun şəhid polkovnik-leytenantı dəfn edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 