Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.
ONN media xəbər verir ki, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Dvam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi isə ötən gün aşkar edilib.
Allah rəhmət etsin!



Baş leytenanta şəhid statusu verildi
Nəşi tapılan hərbçimiz Şirvanda dəfn olunacaq
İki il əvvəl Laçında itkin düşən hərbçilərimiz DƏFN EDİLDİ
İtkin düşən hərbiçilərimizin qalıqları tapıldı
Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı
Şəhid Elçin Ağayevin nəşi ailəsinə təhvil verildi
Bu gün nəşi tapılan əsgərimizlə bağlı YENİ FAKT
Azərbaycan Ordusunun itkin düşən zabitinin nəşi tapıldı
Şəhid zabitin nəşi doğulduğu kəndə aparıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 