Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı ilə nəzarətin tam təmin olunmasından sonra yeni hədəfin hara olacağı barədə müzakirələr başlayıb. Növbəti hədəflərə Qəndil, Sincar, Münbiç və Fəratın şərqi daxildir. Amma əsas sual budur: bunlardan hansı ilk hədəf olacaq?
Publika.az xəbər verir ki, “Milliyyət” nəşrinin əməkdaşı Tunca Bengin bu və digər suallarla 1995-ci il martın 21-də 35 min əsgərlə İraqın şimalına daxil olaraq “Polad Hərəkatı” keçirən ehtiyatda olan general-leytenant Həsən Kundakçıya müraciət edib.
Vətən Partiyasının sədrinin müavini olan Həsən Kundakçı hesab edir ki, PKK terror təşkilatının əsas qərargahı olan Qəndil (Şimali İraqda yerləşir - red.) Türkiyə Silahlı Qüvvələri üçün ciddi problem yaratmamalıdır. İraq tərəfini də əhəmiyyətli adlandıran Həsən Kundakçının sözlərinə görə, Türkiyə üçün əsas çətinliyi Münbiç və Fəratın şərqi yaradacaq.
“Bu işi indidən düzəltməsək, Türkiyənin təhlükəsizliyi istənilən şəkildə təmin edilə bilməz. Bu baxımdan, Fəratın şərqində İraqa qədər olan hissədə təhlükəsizliyi təmin etmək lazımdır”, - o bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunları da Münbiç və Fəratın şərqində ciddi problem yarada bilməz:
“ABŞ-ın 2-3 min əsgəri var, nə edə bilər? ABŞ-ın hərbi qüvvəsi olduğu üçün dayanmalıyıqmı? Təhlükəsizlik problemimiz var. Bunu amerikalılara anlatmaq lazımdır, bunu etmək məcburiyyətində olduğumuzu başa salmalıyıq. Əgər etməsək, sabah çətin vəziyyətdə olacağıq və çox əziyyət çəkəcəyik”.
Təqaüddə olan general-leytenant qeyd edir ki, Türkiyə Silahlı Qüvvələri Şanlıurfa və Gaziantep istiqamətindən Fəratın şərqinə keçiş imkanlarına malikdir:
“Bu nöqtələr Türkiyə Silahlı Qüvvələrinin böyük bir güclə bölgəyə girməsi üçün çox əlverişlidir. Güc və təcrübə bu iş üçün Türkiyəyə kifayət edər. Təhlükəsizliyinə təhdid olduğu zaman Türkiyə kimsəni tanımaz. Bizə zərər verən bir hərəkət olarsa, heç kimə qulaq asmayacağıq. Orada normal bir dövlət qurulmadığı üçün terror dövləti qurulur. 60 minlik qüvvəsi olacaq terrorçu dövlətlə yan-yana necə yaşayacağıq?”
Türkiyə və Amerika əsgərlərinin qarşı-qarşıya gəlməsi ehtimalına gəlincə, Həsən Kundakçı hesab edir ki, ABŞ ordusu Türkiyə Silahlı Qüvvələrinin qarşısında dayanmaz:
“Onlar bu qədər təhlükəyə girməzlər. Fikrimcə, iki tərəf də bir-birini anlayacaq. ABŞ Türkiyəni kiçik bir terror təşkilatına fəda edərsə, o halda “Biz dostuq, NATO-da birlikdəyik” kimi sözlərə heç bir ehtiyac yoxdur. Bunları artıq söyləmək olmaz”.



ABŞ Türkiyənin başını qatır?- Əslində isə...
“Zeytun budağı”, 13-cü gün: 811 terrorçu məhv edildi
Türkiyə İraqın Sincar rayonunda əməliyyatlara başlayıb
Türkiyə Fəratın şərqini bombaladı
“Zeytun budağı” əməliyyatında üçüncü türk hərbçisi şəhid oldu
Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə — ŞOK İDDİA
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3500-ü keçdi
Afrində 2 türk əsgəri şəhid oldu
Türkiyə Silahlı Qüvvələri Afrinin 4 kilometrliyində
Türkiyədəki suriyalı qaçqınlarla bağlı xəbər var
Türk ordusu bu bölgəyə girir, növbədə İran var – YENİ ƏMƏLİYYAT
Daha bir şəhid xəbəri gəldi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 