Rusiya prezidenti Vladimir Putin Suriya və İraqda İŞİD-in məğlubiyyətindən sonra regionda siyasi həll və quruculuq proseslərinə Ərəb Birliyi ilə yardımçı ola biləcəklərini söyləyib.
ONN media Rusiya mediasına istinadən xəbər verir ki, V.Putin Səudiyyə Ərəbistanında keçirilən 29-cu Ərəb Birliyi Zirvə Toplantısına məktubla müraciət edib.
Tədbirin Yaxın Şərq və Şimali Afrikanın çətin dövrdən keçdiyi bir zamanda təşkil edildiyini xatırladan Rusiya prezidenti, Suriya, İraq, Liviya və Yəməndə silahlı münaqişələrin can almağa davam etdiyini bildirib.
“Bu çətinliklər beynəlxalq cəmiyyətdən koordinasiya və kollektiv səy tələb edir və Ərəb Birliyi bu baxımdan mühüm iş görə bilər. Rusiya regional təhlükəsizliyi təmin etmək üçün Ərəb Birliyi ilə iş birliyinə hazırdır. İŞİD-in əsas qüvvələrinin məğlubiyyətindən sonra ortaya çıxan şərtlər daxilində Suriya və İraqda siyasi həll və yenidənqurma proseslərini bərabər sürətləndirməyə, həyəti məsələləri həll etməyə yardımçı ola bilərik”.
Putin sözlərinə əlavə edib ki, terrorçu qruplarla mübarizə Ərəb dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə davam etməlidir:
“Yaxın Şərqdə vəziyyət düzəlməzsə, Fələstin problemi də həll oluna bilməz. Rusiyanın mövqeyi dəyişməzdir. Qüds problemi, o cümlədən, Fələstin torpaqları ilə bağlı bütün problemlər Fələstin-İsrail birbaşa danışıqları çərçivəsində, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən, universal hüquq normaları əsasında Ərəb Birliyinin təşəbbüsü ilə həll olunmalıdır”.



Putindən Bakı və İrəvana çağırış
Ərdoğanla görüşdən sonra Putindən VACİB AÇIQLAMA
Mərakeş də Berlin konfransından kənarda qaldı
Vladimir Putin: "Hədəfimiz..."
Putindən Qarabağla bağlı KRİTİK AÇIQLAMA - Türkiyə...
Ərdoğan ərəb gənclərin sevimli lideri oldu – Sensasiyalı SORĞU
Putin: "Söhbət çox konstruktiv oldu"
Putin: "SSRİ-nin dağılması mənim üçün tragediya idi"
4 ölkə gələn ay BAŞLAYACAQ- NƏ BAŞ VERİR?
Putin AÇIQLADI: Təhlükə var...
Rusiya ABŞ-la dialoqa hazırdır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 