Bu gün Ermənistan parlamentinin xüsusi iclasında baş nazir seçkiləri keçiriləcək.
ONN media xəbər verir ki, parlamentin xüsusi cilası Bakı vaxt ilə saat 12:00-da başlayacaq.
İclas zamanı baş nazir postuna yeganə namizəd Nikol Paşinyanın deputatlar tərəfindən bu vəzifəyə seçiləcəyi gözlənilir. Bunu ötən gün etirazçılar önündə çıxış edən Paşinyanın özü də bildirib: "95 faiz ehtimalla sabah xalqın namizədi baş nazir seçiləcək. Seçkilər Milli Məclisdə saat 12:00-da başlayacaq, 11:00-da isə bütün vətəndaşları Respublika meydanında toplaşmağa çağırıram".
O, həmçinin qeyd edib ki, mayın 8-ni qeyri-iş günü elan edir.
Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 1-də isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.
Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib.



Paşinyanın Ermənistanın baş naziri postuna namizədliyi yenidən irəli sürüləcək
Paşinyan baş nazir təyin edildi
Sarkisyanın partiyası Paşinyana SÖZ VERDİ
Ermənistan müxalifəti İrəvanda yenidən aksiyalara başlayır
Bu gün Putin Paşinyanı qəbul edəcək
Paşinyanın baş nazir seçilməsinə səs verilmədi
Yüzlərlə etirazçı yenidən toplaşdı
Sərkisyanın partiyası namizəd irəli sürəcəkmi?
Nazir istefa verib aksiyalara qoşuldu
Yerevanda vəziyyət GƏRGİNLƏŞİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 