Pakistan Azərbaycanla qarşılıqlı ticarətin artırılmasında və bir sıra sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
ONN media xəbər verir ki, bu barədə müsahibəsində Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya yatırmaq planları tərəflərin ticarət dövriyyəsinin inkişafına marağını artırır. "İnvestisiya və bank layihələrinin hazırlanması baxımından top bizim tərəfimizdədir", - o qeyd edib.
M.Auranqzeb Azərbaycanla Pakistan arasında hələ də lazımi səviyyədə olmayan ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib. "Biz informasiya texnologiyaları və mədən sənayesi sahələri də daxil olmaqla qarşılıqlı ticarəti bir neçə dəfə artıra bilərik", - o qeyd edib.
M.Auranqzeb vurğulayıb ki, Pakistan Azərbaycanla neft-qaz və bank sahələrində də əməkdaşlıqda maraqlıdır. Yaxın 3-4 ay ərzində bu sahələrdə bir neçə real investisiya layihəsi hazırlanacaq.
Maliyyə nazirinin sözlərinə görə, Pakistandan Azərbaycana turist axını artmaqda davam edir. O, yaxın gələcəkdə turist kimi Azərbaycana gəlmək istədiyini diqqətə çatdırıb.
"Bakıya ilk dəfədir gəlmişəm. Bu, çox gözəl şəhər və gözəl ölkədir. Mən turist kimi bura qayıtmağa ümid edirəm", - o bildirib.



Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır - Pakistan Prezidenti
Azərbaycan-Pakistan biznes forumu keçirildi
Azərbaycan və Pakistan arasında yeni saziş imzalanacaq
Pakistan prezidenti Azərbaycana dəvət edildi
Qənirə Paşayeva Pakistana TƏŞƏKKÜR ETDİ
Pakistanda "Azərbaycan Ticarət Evi" açılır
Qardaş Azərbaycanla həmrəyik – Pakistan XİN
İran və Pakistan qardaşlıq elan etdi
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Bu ölkə Azərbaycanda ticarət nümayəndəliyini açacaq
Pakistan növbəti dəfə Azərbaycanı dəstəklədi
Prezident Qətərin Xarici İşlər nazirini qəbul etdi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 