Ərdoğanın Dəməşqə səfəri gözlənilən idi. Bir neçə il əvvəl belə bir söz vermişdi və orada məsciddə namaz qılmaq kimi bir niyyəti var. Daha çox rəmzi xarakter daşıyır. Amma bir sıra mühüm görüşlər və müzakirələr də olacaq.
Bu sözləri türkiyəli siyasi ekspert Engin Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə nəzərdə tutulan səfərini şərh edərkən deyib.
“Bu, əsasən, Suriyanın gələcəyi haqqında müzakirələr aparılarkən, Türkiyənin bu inkişafı bir az da öz nəzarətində saxlamaq istəyinin bir hissəsidir. Suriyada vəziyyət hələ də qeyri-müəyyəndir və gələcəyi ilə bağlı proqnoz vermək çətindir. Qolan təpələri ilə bağlı müzakirələr olacaq. Çünki bu, Türkiyəni narahat edən məsələdir. Bildiyimiz kimi, “Davud koridoru” PKK-nın istifadə etdiyi və İsrailin Qolan təpələrini işğal etdiyi ərazidən keçən bir strateji marşrut kimi tanınır. Bu dəhliz Suriya və İsrail sərhədindəki bölgələri birləşdirən bir keçid olaraq, PKK qüvvələrinin və ya digər regional aktorların bu ərazilər üzərindən hərəkət etməsini təmin edir. İsrailin bu ərazidə nəzarəti artırması, Fəratın şərqində PKK-nın nəzarət etdiyi ərazilərə strateji bir əlaqə yaratma məqsədi güdür.
Digər bir məsələ dürzilərlə (druzlar) bağlıdır. Sərhədə yaxın olan dürzilər İsrailə qoşulmaq istəyirlər. Bu da regionda başqa bir problem yaradır. Ərdoğanın səfərində bunun da müzakirə predmeti olacağı qaçılmazdır”, - o bildirib.
Ekspert qeyd edib ki, yeni qurulacaq hökumətlə yarımçıq qalan beynəlxalq layihələrin də müzakirəsi gözlənilir:
“Daha bir məsələ Qətər-Türkiyə təbii qaz boru kəmərinin gələcək taleyi ilə bağlı ola bilər. Bu layihə ilə bağlı müzakirələr davam edir və HTŞ (Heyət Təhrir əş-Şam) ilə danışılıb, konkret qərarlar qəbul edilməlidir.
Rusiya bazalarının gələcəyi də müzakirə mövzusudur. Rusiyanın Suriyanı tərk etməyəcəyi görünür.
İsrail Suriyanın alt hissəsində çöküşə səbəb ola bilər və burada hərbi əməliyyatlar gözlənilir. Türkiyə bu əməliyyatları önləmək və Suriyanın bölünməsini əngəlləmək üçün sürətli hərəkət etməlidir”.
Engin qeyd edib ki, Ankara gec olmadan bu prosesləri öz əlində saxlamağa cəhd edir:
“Türkiyənin daha bir qorxusu Fəratın doğusunda bir türk regionunun kürd bölgəsinə çevriləcəyidir. HTŞ-nin necə idarəetmə quracağı və radikal dini problemlərin həll ediləcəyi məsələləri də Ankaranı düşündürən mövzularıdır.
Ərdoğan bu məsələləri birbaşa müzakirə etmək üçün Dəməşqdə görüş keçirmək istəyir”



İsrail Dəməşqə zərbələr endirdi
Zərifdən ərəb ölkələrinə çağırış
Ərdoğanın Putinlə 6 saat 20 dəqiqəlik görüşü TARİXƏ DÜŞDÜ
Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir
Ərdoğan Rusiyaya gedir - Təcili
Ərdoğanın Bakı səfəri: elə bir saziş gözlənilir ki...
Ərdoğanın ABŞ səfəri niyə baş tutmur?
Türkiyə səfiri Ərdoğanın Bakı səfərini “Haber Global”a şərh etdi - VİDEO
Ərdoğan Putinin Krım dəvətini niyə rədd etmədi?
Ərdoğanın ABŞ səfəri niyə ləğv olundu?
Ərdoğan Şuşada bu açılışları edəcək - Deputat
Deputat Ərdoğanın Şuşa səfərindən danışdı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 